1. Büllur şüşə.
2. Qızıl və gümüşdən olan bəzək şeylərinin üstünə çəkilən xüsusi təbəqə, incə və parlaq naxış.
3. Məcazi mənada: mina kimi parlaq, gözəl.
Boyu sərv ağacı, gərdəni mina,
Şirin can od tutub istər ki, yana,
Diləfruz dərdi məni salıb bu günə,
Qoy desinlər, Məsim cinni olubdu.
(“Məsim və Diləfruz”)
*
Yazıq Seyfəlmülükün yox ərzimanı,
Mina qolbağılar açıldı gül-gül.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)